“Tehran-Moskva qarşılıqlı münasibətlərində çəkişmə nöqtələrindən biri regional infrastruktur, xüsusən də Zəngəzur dəhlizi məsələsidir”
Crossmedia.az bildirib ki, bu barədə gürcü politoloq Emil Avdaliani Çinin “Asia Times” nəşrinin saytında Rusiya-İran münasibətlərindən yazıb.
Ekspertin fikrincə, Rusiya və İran arasında imzalanması gözlənilən strateji tərəfdaşlıq haqqında müqavilə, heç şübhəsiz, iki ölkə arasında əməkdaşlığı genişləndirəcək, lakin çox güman, rəsmi alyans olmayacaq və bu da onların Yaxın Şərqdə həm tərəfdaş, həm də rəqib kimi mürəkkəb münasibətlərindən xəbər verir.
Sitat: “Tərəflərdən heç birinin qarşılıqlı müdafiə ilə bağlı çox möhkəm öhdəlikləri olan rəsmi alyansa ehtiyacı yoxdur. Onlar bunu istəmirlər”.
Müəllif onu da vurğulayır ki, Tehran-Moskva qarşılıqlı münasibətlərində çəkişmə nöqtələrdən biri regional infrastruktur, xüsusən də Zəngəzur dəhlizi məsələsidir.