İsrail ordusuna məxsus döyüş təyyarələri Livanın paytaxtı Beyruta gecə ərzində ən azı 10 hava hücumu edib.
Crossmedia.az "Əl-cəzirə"-yə istinadla xəbər verir ki, BMT-nin hesabatında İsrailin Qəzza səhiyyə sistemini hədəf aldığı və tibb işçilərinə qarşı qəsdən hücumlar etdiyini, bunun müharibə cinayəti olduğunu bildirib.
Qeyd edək ki, 31 oktyabr günü Qəzzada hava hücumları nəticəsində 95 nəfər dünyasını dəyişib, onların əksəriyyəti mülki şəxslərdir.
Həmçinin, Livanın Səhiyyə Nazirliyinin verdiyi məlumata görə, Qəzzaya qarşı müharibə başlayandan bəri İsrail hücumları nəticəsində ölkədə ən az 2,865 dünyasını dəyişib və 13,047 nəfər yaralanıb. Son 24 saatda isə Livanda yaşayan 45 nəfər dünyasını dəyişib.
Nəzrin Salmanova