Dünya xəbərləri

Ukrayna prezidenti Vladimir Zelenski etiraf edib ki, ölkənin 1991-ci il sərhədlərinə zorla qayıtmaq üçün hələ də kifayət qədər hərbi resursları yoxdur.

Crossmedia.az xəbər verir ki, o, bu barədə Amerikanın Fox News telekanalına müsahibəsində bildirib.

Zelenski müsahibəsində deyib: "Biz Krımı qaytarmaq üçün on minlərlə insanımızı sərf edə bilmərik". Onun sözlərinə görə, Ukraynanın hazırkı hərbi resursları Krımı xeyli insan itkisi olmadan güc yolu ilə qaytarmağa imkan vermir.

Bundan əlavə, Ukrayna rəhbəri Krımın diplomatik səylərlə qaytarılmasının mümkünlüyünə əmin olduğunu bildirib. Zelenski vurğulayıb ki, diplomatiya bu problemin həllində, riskləri və itkiləri minimuma endirməkdə əsas amilə çevrilə bilər.

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il