Yaponiyada kruiz gəmisi Yokohama limanında sıradan çıxıb, göyərtəsində təxminən 500-600 rusiyalı var.
Crossmedia.az xəbər verir ki, bu barədə RBC noyabrın 7-də Rusiyadan gələn sərnişinlərə istinadən məlumat verib. Kruiz gəmisi Asiyada üzən ən böyük gəmidir və maksimal tutumu təxminən 4,9 min sərnişindir.
"Royal Caribbean International"a məxsus olan layner Şanxaydan Yaponiyaya və geriyə yeddi günlük kruiz səfərində idi və gəminin noyabrın 7-də Şanxaya qayıtması planlaşdırılırdı. Lakin sərnişinlərdən biri bildirib ki, texniki nasazlıq səbəbindən gəmi Yokohama limanını tərk edə bilmir və geri dönüş iki gün gecikib.
Kruiz sərnişini Yuliya RBC-yə bildirib ki, gəminin noyabrın 11-də Şanxaya çatacağı gözlənilir. O qeyd edib ki, “Bütün Rusiya vətəndaşları Rusiyaya gediş-gəliş biletlərini itiriblər.” Laynerin digər sərnişini Aleksandr Berkunov isə Şanxaydan Moskvaya yeni tarixlər üçün biletlərin çox baha olduğunu vurğulayıb. Sərnişin Polina bildirib ki, “İnsanlar yüz minlərlə dollar itirirlər.”
Royal Caribbean International sərnişinlərə kruiz xərclərinin 100%-ni geri qaytaracağını və il ərzində istənilən gələcək kruizə 50% endirim təklif edəcəyini bildirib. Shot telegram kanalının məlumatına görə, gəminin göyərtəsindəki bütün spirtli içkilər pulsuz edilib.
CruiseMapper xidmətinin məlumatına əsasən, xəbər dərc edildiyi anda gəmi hələ də Yokohama limanında qalıb və noyabrın 9-da Şanxaya çatacağı gözlənilir.