Ermənistan 78 ədəd yedəkli artilleriya qurğusu ATAGS-ın alınması ilə bağlı Hindistanla danışıqlar aparır.
Crossmedia.az xəbər verir ki, bu barədə “Indian Defense Research Wing” nəşri məlumat yayıb.
Bildirilir ki, qərar əvvəllər təhvil verilmiş 60 ədəd haubitsanın təhvilindən sonra qəbul edilib. Altı haubitsadan ibarət ilk partiya müxtəlif şəraitlərdə, o cümlədən yüksək dağlıq və düzənliklərdə yüksək dəqiqlik və etibarlılıq nümayiş etdirib".