Arıqlama inyeksiyası ilə bağlı ölüm hadisəsi baş verib.
Lisenziyasız arıqlama inyeksiyası qəbul edən bir qadının ölümü ilə əlaqədar araşdırma aparılır.
Crossmedia.az xəbər verir ki, BBC-nin məlumatına görə, lisenziyasız olduğu ehtimal edilən arıqlama inyeksiyasından sonra 50 yaşlarında bir qadın dünyasını dəyişib. Böyük Britaniyanın Şimaliyumbriya Polis Departamentinin açıqlamasına əsasən, qadın 10 avqust tarixində Sanderlend bölgəsində ölüb. Hadisə ilə bağlı, Sanderlenddən olduğu güman edilən iki qadın həbs edilib. 40 yaşlarında olan bu qadınlardan biri zərər vermək məqsədilə zəhər vurmaqda, digəri isə satmaq niyyəti ilə lisenziyasız dərman saxlamaqda ittiham olunub. Hər iki qadın daha sonra polis zaminə buraxılıb və araşdırmalar davam edir.
Əgər təsdiqlənərsə, bu, Böyük Britaniyada lisenziyasız arıqlama inyeksiyası ilə əlaqəli ilk ölüm hadisəsi ola bilər.
Polis bildirib ki, araşdırma hələ də davam edir.
Nərgiz Orucova