Bakıda COP29 iqlim konfransı ətrafında "Don't let COP29 fail" ("COP29-un uğursuzluğuna yol verməyin") adlı ekoloji aksiya keçirilib.
Crossmedia.az "Report"a istinadən xəbər verir ki, xəbər verir ki, "Climate justice now" ("İqlim ədaləti indi") şüarları ilə çıxış edən aksiya iştirakçıları iqlim resurslarının və iqlim dəyişikliyi ilə mübarizədə məsuliyyətin ədalətli bölüşdürülməsinin vacibliyini tələb ediblər.