Cibinizdəki "bomba" - Hər an partlaya bilər
Telefonların işləndikcə qızması, xüsusən yay istilərində tempratura dözə bilməyib sönməsi ciddi təhlükə yaradır. Bu zaman telefon istifadəçinin əlində partlaya da bilər. Xüsusən iphone telefonlarının həddindən artıq çox qızması istifadəçilərdə müəyyən suallar yaradır. Telefonların qızmasının başlıca səbəbləri nələrdir? Bunun qarşısını almaq üçün görülməli tədbirlər hansılardır?
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən telefon ustası Allahşükür Əlizadə qeyd edib ki, yay aylarında “İphone” və ya digər markaların telefon modellərinin istifadəçilərindən tez tez alınan şikayət telefonun həddindən artıq isinməyi və təbii olaraq dona-dona işləməyi ilə bağlı olur. Bu zaman qismən azda olsa isinmənin qarşısını almaq üçün həll yolları var”.
Ekspert qeyd edib ki, əvvəla proqram təminatı cəhətdən arxa planda yenilənən proqramları qismən minumuma endirmək vacibdir. Bundan əlavə məkan xidmətlərini vacib olmadığı halda bağlı saxlamaq lazımdır. Telefonun daxili yaddaş doluluğunu isə 70% dən az saxlamaq telefonun ömrünü uzada, isinmənin qarşısını qismən ala bilər”.
Ayhan
11:35 11.08.2026
Oxunuş sayı: 46