Yaponiyadan ABŞ-yə XƏBƏRDARLIQ: Bu personajlardan istifadə dayandırılsın
Yaponiya hökuməti ABŞ administrasiyasından rəsmi sosial media hesablarında məşhur yapon oyunları və anime personajlarından icazəsiz istifadəni dayandırmağı xahiş edib.
Crossmedia.az xəbər verir ki, "Dexerto" bu barədə məlumat yayıb.
Məsələni Yaponiyanın Xarici İşlər Nazirliyi qaldırıb. Nazirliyin bu mövzuda ABŞ-ın Tokiodakı səfirliyi ilə bir neçə dəfə əlaqə saxladığı bildirilir. İlk müzakirənin aprel ayında, daha sonra isə iyun və avqust aylarında keçirildiyi qeyd olunur.
Yaponiya tərəfi ABŞ administrasından yapon intellektual mülkiyyətindən icazəsiz istifadəyə son qoymağı və bu cür paylaşımların müvafiq franşizaların və onların hüquq sahiblərinin ictimai imicinə mümkün təsirini nəzərə almağı istəyib.
Məlumata görə, ABŞ-ın bir sıra dövlət qurumlarının sosial media hesablarında "Pokemon", "Mario", "Naruto" və "Yu-Gi-Oh!" kimi məşhur yapon franşizalarının personajlarından və görüntülərindən istifadə olunub.
16:56 08.08.2026
Oxunuş sayı: 55