Makfol Putini "zəif lider" adlandırdı
ABŞ-nin Rusiyadakı keçmiş səfiri Maykl Makfol Rusiya Prezidenti Vladimir Putini "zəif lider" adlandıraraq bununla bağlı üç arqument irəli sürüb.
Crossmedia.az xəbər verir ki, bu barədə Maykl Makfol açıqlama verib.
Makfolun sözlərinə görə, Vladimir Putin məlumatları yalnız xüsusi xidmət orqanlarından və ona eşitmək istədiklərini deyən yaxın çevrəsindən alır.
Keçmiş diplomat iddia edib ki, Putin müstəqil media da daxil olmaqla hər şeydən və hər kəsdən ehtiyat edir.
Makfol həmçinin bildirib ki, onun fikrincə, güclü lider müxalif siyasətçi Aleksey Navalnını həbs etdirməzdi və bunu Putinin zəifliyinin göstəricisi kimi qiymətləndirib.
Qeyd edək ki, bu açıqlamalar Maykl Makfolun şəxsi mövqeyini əks etdirir. Rusiya tərəfi bu iddialarla bağlı münasibət bildirməyib.
17:31 03.08.2026
Oxunuş sayı: 48