Yaponiya Çinə etiraz edib: 24-cü obyekti də tikir
Yaponiya Şərqi Çin dənizində təbii ehtiyatların işlənməsi üçün yeni obyektin tikintisinə başladığına görə Çinə rəsmi etirazını bildirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Tokio obyektin iki ölkə arasında coğrafi bərabər məsafə xəttinin Çin tərəfində inşa edildiyini açıqlayıb. Bununla yanaşı, Yaponiya dəniz sərhədlərinin və müstəsna iqtisadi zonaların hələ tam müəyyənləşdirilmədiyini vurğulayıb.
Yaponiya Xarici İşlər Nazirliyi Pekini 2008-ci ildə əldə olunan təbii ehtiyatların birgə işlənməsi barədə razılaşmanın həyata keçirilməsi ilə bağlı danışıqları mümkün qədər tez bərpa etməyə çağırıb. Yaponiyanın məlumatına görə, Çin mübahisəli ərazidə artıq 24-cü belə obyektini inşa edir.
23:37 31.07.2026
Oxunuş sayı: 51