Pakistan Qazaxıstana limanlarından istifadəni təklif edib
Pakistan Qazaxıstana yüklərin tranziti üçün ölkənin əsas dəniz limanlarından istifadə etməyi təklif edib.
Crossmedia.az xəbər verir ki, bu barədə Pakistanın Dəniz İşləri naziri Çaudri məlumat verib.
Onun sözlərinə görə, söhbət Qaraçi, Port Qasım və Qvadar limanlarına çıxış imkanından gedir.
Nazir bildirib ki, bu limanlar Qazaxıstan və bütövlükdə Mərkəzi Asiya regionu üçün tranzit qovşaqlarına çevrilə, Fars körfəzi, Afrika və Cənub-Şərqi Asiya bazarlarına çıxışı təmin edə bilər.
16:22 30.07.2026
Oxunuş sayı: 46