Paşinyan: Ermənistan bir çox ölkə üçün vacib tərəfdaşdır
Ermənistanın Baş naziri Nikol Paşinyan Belarus Prezidenti Aleksandr Lukaşenkonun "Ermənistan kimə lazımdır?" sualına cavab olaraq ölkəsinin beynəlxalq əhəmiyyətini vurğulayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.
Paşinyan bildirib ki, hazırda Ermənistan Çin, ABŞ, Avropa İttifaqı və İran üçün vacib tərəfdaşdır. Onun sözlərinə görə, bu ölkələr də Ermənistan üçün əhəmiyyət daşıyır.
Baş nazir əlavə edib ki, Ermənistan Gürcüstan üçün, Gürcüstan isə Ermənistan üçün vacibdir. O, həmçinin Fransa, Almaniya, Polşa və Böyük Britaniyanın da Ermənistan üçün mühüm tərəfdaşlar olduğunu vurğulayıb.
16:13 30.07.2026
Oxunuş sayı: 43