Paşinyanın müraciəti üzrə Drmeyanla bağlı araşdırmaya başlanılıb
Ermənistan Baş Prokurorluğu Baş nazir Nikol Paşinyanın sabiq məmur Liparit Drmeyanla bağlı araşdırma aparılması tələbi üzrə müraciəti icraata götürüb.
Crossmedia.az xəbər verir ki, "Sputnik Armenia" bu barədə məlumat yayıb.
Məlumata görə, Baş Prokurorluq Paşinyanın cəmi bir neçə saat əvvəl səsləndirdiyi müraciət əsasında araşdırmaya başlanıldığını təsdiqləyib.
Öz növbəsində Beynəlxalq Hüquqi Məsələlər üzrə Nümayəndənin Ofisinin sabiq rəhbəri Liparit Drmeyan bildirib ki, baş nazirin açıqlamaları ilə hələ tanış olmayıb və buna görə də məsələ ilə bağlı hazırda şərh verməyəcək.
15:07 30.07.2026
Oxunuş sayı: 40