Aİ Ukraynaya 3,47 milyard avro ayırıb
Avropa Komissiyası Ukraynaya nəzərdə tutulan 90 milyard avroluq kredit paketindən növbəti 3,47 milyard avroluq tranşı köçürüb.
Crossmedia.az xəbər verir ki, RIA Novosti bu barədə məlumat yayıb.
Məlumata görə, ayrılan vəsait Ukraynanın müdafiə qabiliyyətinin gücləndirilməsinə və ölkənin təxirəsalınmaz ehtiyaclarının maliyyələşdirilməsinə yönəldiləcək.
14:56 30.07.2026
Oxunuş sayı: 46