Paşinyan: Putin məni təbrik etmədi
Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinin telefon danışığı zamanı onu seçilməsi münasibətilə təbrik etməməsinə münasibət bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.
Paşinyan bildirib ki, Rusiya Prezidenti onu təbrik etməyib.
“Prezident Putin məni təbrik etmədi. Amma burada sual yaranır: əgər təbrik etməyibsə, bəs o zaman kiminlə danışırdı?” – deyə Ermənistanın Baş naziri bildirib.
Paşinyan üçün bunun nə dərəcədə əhəmiyyətli olması ilə bağlı verilən suala isə o, cavab verməyib.
16:43 29.07.2026
Oxunuş sayı: 41