Türkiyədə hakim partiyanın rəsmisi qəbiristanlıqda güllələnərək öldürüldü
Türkiyənin Batman vilayətində hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) rayon təşkilatının rəhbərliyində təmsil olunan Mehmet Direk, oğlu Ercan və qardaşı oğlu Əbubəkr silahlı hücum nəticəsində öldürülüblər.
Crossmedia.az xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.
Məlumata görə, hadisə Batman şəhərinin Güneykent rayonundakı qəbiristanlıqda baş verib. Naməlum şəxslər üç nəfərə atəş açdıqdan sonra hadisə yerindən qaçıblar.
Hadisə yerinə polis və təcili tibbi yardım briqadaları cəlb olunub.
Hazırda hücumu törədən şəxslərin saxlanılması istiqamətində genişmiqyaslı əməliyyat-axtarış tədbirləri həyata keçirilir. Hadisənin motivi araşdırılır.
17:11 27.07.2026
Oxunuş sayı: 51