Rusiya Kiyevə və Odessa vilayətinə zərbələr endirib
Rusiya ötən gecə Kiyevdəki hərbi-sənaye kompleksi obyektlərinə və Odessa vilayətinin Çernomorsk limanının infrastrukturuna yüksək dəqiqlikli silahlarla qrup halında zərbələr endirdiyini bəyan edib.
Crossmedia.az xəbər verir ki, "TASS" bu barədə Rusiya Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.
Nazirliyin açıqlamasına görə, zərbələr nəticəsində Kiyevdə müxtəlif təyinatlı pilotsuz uçuş aparatlarının və onlar üçün komponentlərin istehsalı, yığılması və saxlanılması ilə məşğul olan hərbi-sənaye müəssisələri hədəfə alınıb.
Bildirilib ki, Odessa vilayətinin Çernomorsk limanındakı hərbi təyinatlı yüklərin qəbulunda istifadə olunan infrastruktur obyektləri və yanacaq-sürtgü materiallarının saxlanıldığı anbarlara da zərbələr endirilib.
12:56 26.07.2026
Oxunuş sayı: 63