ABŞ-nin vitse-prezidenti İrana görə narahatlığını ifadə edib
ABŞ-nin vitse-prezidenti Cey Di Vens Vaşinqtonla Tehran arasında gərginliyin daha da artmasından narahat olduğunu bildirib.
Crossmedia.az xəbər verir ki, "CNN" bu barədə mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Cey Di Vens bu mövqeyini iyulun 24-də ABŞ Prezidenti Donald Trampla keçirilən müşavirə zamanı səsləndirib.
Telekanalın məlumatına əsasən, ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin sədri Den Keyn də əməliyyatların genişləndirilməsinin ABŞ-nin azalan sursat ehtiyatlarını daha da tükəndirə biləcəyini bildirib.
Mənbənin sözlərinə görə, hazırda ABŞ-nin İrana qarşı hərbi əməliyyatları dayandırılıb. Bununla belə, Pentaqonun bu qərarı hansı səbəbdən verdiyi barədə rəsmi məlumat açıqlanmayıb.
13:08 26.07.2026
Oxunuş sayı: 56