Fransa ABŞ-nin insan haqları sahəsində nüfuzunu itirdiyini bildirib
ABŞ artıq insan haqlarının simvolu hesab edilmir.
Crossmedia.az xəbər verir ki, Fransanın Cenevrədəki BMT yanında nümayəndəliyi bu barədə açıqlama yayıb.
Açıqlamada bildirilir ki, ABŞ vaxtilə insan haqlarının əsas simvollarından biri kimi qəbul olunurdu, lakin hazırda bu statusunu itirib.
Bəyanatda qeyd olunur ki, Vaşinqton bu gün Şimali Koreya, Nikaraqua, Mali və Rusiya kimi ölkələrlə birlikdə təcrid olunmuş vəziyyətdədir və beynəlxalq ictimaiyyət artıq onun mövqeyinə əvvəlki kimi əhəmiyyət vermir.

11:17 26.07.2026
Oxunuş sayı: 71