Rusiya: Kiyevdə ayda 1000 dron istehsal olunan obyekt vurulub
Kiyevdə pilotsuz uçuş aparatlarının (PUA) yığıldığı və saxlanıldığı obyektə zərbə endirilib.
Crossmedia.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi bu barədə məlumat yayıb.
Nazirliyin açıqlamasına əsasən, zərbə endirilən obyektdə ABŞ-dən cəlb olunmuş mütəxəssislərin iştirakı ilə hər ay 1000-ə qədər pilotsuz uçuş aparatı istehsal edilirdi.
Rusiya Müdafiə Nazirliyi həmin obyektin həm PUA-ların istehsalı, həm də saxlanılması üçün istifadə olunduğunu bildirib.
Qeyd edək ki, məlumat yalnız Rusiya Müdafiə Nazirliyinin açıqlamasına əsaslanır və bu iddiala bağlı müstəqil təsdiq hələlik təqdim olunmayıb.
10:58 26.07.2026
Oxunuş sayı: 67