Kiyevə hücumdan sonra üç rayonda yanğın başladı
Kiyevə gecə saatlarında endirilən zərbələr nəticəsində şəhərin üç rayonunda — Desnyanski, Şevçenkovski və Solomenski rayonlarında yanğınlar qeydə alınıb.
Crossmedia.az xəbər verir ki, Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidməti və Rusiya Müdafiə Nazirliyi hadisə barədə məlumat yayıb.
Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin məlumatına görə, hücumdan sonra anbar və dayanacaqda olan avtomobillər yanıb. Bundan əlavə, dördmərtəbəli binada yanğın baş verib, qeyri-yaşayış sahəsində isə dağıntılar qeydə alınıb.
Rusiya Müdafiə Nazirliyi isə bildirib ki, zərbələr nəticəsində pilotsuz uçuş aparatlarının istehsalı ilə məşğul olan müəssisələr hədəfə alınıb.
10:47 26.07.2026
Oxunuş sayı: 63