Peskov etiraf etdi: Tokayevin Ukrayna mövqeyi ilə Kreml razılaşmır
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Ukrayna məsələsində mövqeyinin ardıcıl olduğunu bildirib, lakin bu yanaşmanın Moskvanın mövqeyi ilə üst-üstə düşmədiyini qeyd edib.
Crossmedia.az xəbər verir ki, Rusiya mediası bu barədə məlumat yayıb. Peskov açıqlamasında Tokayevin mövqeyini dəyərləndirərək bildirib ki, Qazaxıstan liderinin yanaşması sabit xarakter daşıyır, lakin bu, Rusiyanın həmin mövqeyi dəstəklədiyi anlamına gəlmir.
“Onun ardıcıl mövqeyi var. Bu o demək deyil ki, biz razıyıq. Lakin Qazaxıstan bizim ən yaxın tərəfdaşımız və ən yaxın müttəfiqimizdir”, - deyə Peskov bildirib.
10:33 26.07.2026
Oxunuş sayı: 74