İran böhranı Ağ Evi iki yerə böldü
ABŞ-nin vitse-prezidenti Cey Di Vens Ağ Evdə keçirilən müşavirədə İranla hərbi qarşıdurmanın genişlənməsi ehtimalından narahatlığını ifadə edib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə CNN mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, iyulun 24-də Prezident Donald Trampın iştirakı ilə keçirilən müşavirədə Vens və ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin sədri Den Keyn mümkün eskalasiyanın risklərini müzakirə ediblər.
Den Keyn bildirib ki, əməliyyatların genişləndirilməsi ABŞ-in sursat ehtiyatlarının daha da azalmasına səbəb ola bilər.
CNN-in məlumatına görə, Pentaqondakı mənbə hazırda ABŞ-in hərbi əməliyyatlarının dayandırıldığını təsdiqləyib. Zərbələrin niyə müvəqqəti dayandırıldığı isə açıqlanmayıb.
Nəşr yazır ki, Fars körfəzi ölkələri Vaşinqtonu İranla qarşıdurmada təmkinli olmağa çağırıblar. Bildirilir ki, Donald Tramp da ABŞ nümayəndə heyətinə Tehranla danışıqları davam etdirmək barədə göstəriş verib.
09:39 26.07.2026
Oxunuş sayı: 70