Almaniyalı deputat: Rusiya ilə münasibətlər bərpa olunmalıdır
Almaniya Bundestaqının müxalifətdə olan "Almaniya üçün Alternativ" (AfD) partiyasından deputatı Markus Fronmayer Rusiya ilə münasibətlərin bərpasının tərəfdarı olduğunu bildirib.
Crossmedia.az xəbər verir ki, deputat bu barədə X sosial şəbəkəsində paylaşım edib.
"Rusiya ilə normal münasibətlər xəyanət deyil, Almaniyanın milli maraqlarıdır", – deyə Fronmayer qeyd edib.
O, Almaniya hakimiyyətini demoqogiyada ittiham edərək bildirib ki, digər ölkələr artıq münaqişədən sonrakı dövrü planlaşdırdığı halda, Almaniyada hələ də Moskva ilə dialoqun mümkün olub-olmaması müzakirə edilir.
Bundan əvvəl "The Times" qəzeti Almaniyada Rusiya ilə mümkün danışıqlara münasibətin dəyişdiyini yazmışdı. Nəşrin məlumatına görə, keçmiş alman siyasətçiləri Moskva nümayəndələri ilə qapalı görüşlər keçirib, rəsmi Berlin isə gələcək dialoqun formatını müzakirə etməyə başlayıb. Lakin ilk təmasların ciddi nəticə vermədiyi və Avropa İttifaqı daxilində fikir ayrılığı yaratdığı bildirilir.
09:27 26.07.2026
Oxunuş sayı: 63