Rusiyada güclü fırtına şəhərdə dağıntılar yaradıb
Rusiyanın Rostov-na-Donu şəhərində güclü külək və leysan yağıntısı müşahidə olunub.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Təbii hadisə nəticəsində şəhərin bəzi küçələrini su basıb.
Güclü külək ağacların aşmasına və reklam lövhələrinin yıxılmasına səbəb olub. Hadisə nəticəsində mümkün zərər və xəsarət alanlar barədə məlumat verilməyib.
23:28 25.07.2026
Oxunuş sayı: 67