ABŞ ilk dəfə Suriya üzərindən İraq mazutu idxal etməyə başlayıb
ABŞ ilk dəfə İraqdan mazut almağa başlayıb və yanacağı yeni marşrutla – Suriya ərazisindən keçirərək idxal edir.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Bildirilib ki, Hörmüz boğazının bağlanması fonunda Suriya ərazisindən keçən bu logistika marşrutu istifadəyə verilib.
Məlumata görə, iyun-iyul ayları ərzində üç Aframax tipli tanker Suriyanın Bəniyas limanında mazut yükləri qəbul edib. Yanacaq əvvəlcə İraqdan avtomobil nəqliyyatı ilə Suriyaya gətirilib, daha sonra ABŞ-yə, Meksika körfəzi sahillərinə göndərilib.
23:12 25.07.2026
Oxunuş sayı: 80