Zelenski: Putin yeni səfərbərlik hazırlayır
Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Kiyevin Rusiyanın payız üçün planları ilə bağlı geniş kəşfiyyat məlumatları var.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Onun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin yeni səfərbərlik üçün hazırlıq görür.
“Putin sadəcə olaraq yeni rusiyalıları müharibəyə göndərməyə hazırlaşır. O, bunu başqa sözlər, siqnallar vasitəsilə gizlədir, amma hazırlıq gedir”, – deyə Zelenski bildirib.
Ukrayna lideri qeyd edib ki, tərəfdaşlarla birlikdə Rusiyaya kifayət qədər təzyiq göstərmək vacibdir ki, Moskva müharibəni davam etdirmək deyil, sülh barədə düşünməyə başlasın.
Zelenski əlavə edib ki, Ukraynanın yüksək dəqiqlikli silahlardan istifadə etdiyi əməliyyatlar və əks-hücum cəhdləri bu istiqamətə xidmət edir.
“Getdikcə daha çox rusiyalı Putinin müharibəsini anlayır, onun nəticələrindən əziyyət çəkir və düşünür ki, bu müharibəni uzatmaq olmaz”, – deyə Zelenski vurğulayıb.
21:50 25.07.2026
Oxunuş sayı: 68