Husilər neft nəhəngi Aramcoya raket-dron hücumu həyata keçirib
Yəməndəki husilər Səudiyyə Ərəbistanının Cizan və Yanbu şəhərlərində yerləşən Saudi Aramco neft şirkətinin obyektlərinə raket və dronlarla hücum ediblər.
Crossmedia.az xəbər verir ki, “Reuters”in məlumatına görə, Husilərin hərbi nümayəndəsi Yəhya Səri bildirib ki, qruplaşma hər iki liman şəhərində Səudiyyə dövlət neft şirkətinə məxsus obyektləri uğurla hədəfə alıb.
Hücumun nəticələri və mümkün zərər barədə rəsmi məlumat verilməyib.
21:42 25.07.2026
Oxunuş sayı: 67