Rusiya MN: Ukraynanın Çernomorsk və Nikolayev limanlarına zərbələr endirilib
Rusiya Müdafiə Nazirliyi Rusiya Silahlı Qüvvələrinin gün ərzində Ukraynanın Çernomorsk və Nikolayev limanlarındakı obyektlərə zərbələr endirdiyini açıqlayıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Nazirliyin məlumatına görə, hücumlar nəticəsində quru yük gəmisi və Ukrayna Hərbi Dəniz Qüvvələrinə məxsus CV-90 sürətli desant kateri vurulub.
Rusiya Müdafiə Nazirliyi əməliyyatla bağlı əlavə təfərrüat açıqlamayıb.
21:18 25.07.2026
Oxunuş sayı: 63