İlon Maskdan şok etiraf: Artıq keçmiş trilyonçuyam
İlon Mask sərvətinin azalmasına ironik münasibət göstərib.
Crossmedia.az xəbər verir ki, “Bloomberg”in dərc etdiyi Milyarderlər İndeksinə əsasən, Maskın sərvəti 719 milyard dollara düşüb. Bundan sonra milyarder özünü zarafatla keçmiş trilyonçu adlandırıb.
Maskın daha əvvəl sərvəti 1 trilyon dollar həddini keçən ilk şəxs kimi qiymətləndirilsə də, son göstəricilər onun maliyyə vəziyyətində azalma olduğunu göstərib.
21:02 25.07.2026
Oxunuş sayı: 41