İstanbulda kimyəvi sızma səbəbindən işçilər təcili təxliyə edilib
Türkiyənin İstanbul şəhərində yerləşən müəssisələrdən birində təhlükəli kimyəvi sızma baş verib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Hadisə Kemerburqaz küçəsində yerləşən zavodlardan birində qeydə alınıb. Kimyəvi reaksiya nəticəsində çəndən kəskin qoxulu, sıx tüstü yayılmağa başlayıb. Bundan sonra müəssisənin əməkdaşları dərhal təhlükəli ərazidən çıxarılıb.
Hadisə yerinə Fövqəladə Hallar İdarəsinin əməkdaşları, polis, tibbi briqadalar və yanğınsöndürənlər cəlb olunub.
Xüsusi qoruyucu geyim və qaz maskaları ilə təchiz olunmuş mütəxəssislər sızmanın qarşısını alaraq problemi aradan qaldırıblar.
Hazırda hadisənin səbəbləri araşdırılır, mümkün xəsarət alanlarla bağlı məlumatlar dəqiqləşdirilir.
20:02 25.07.2026
Oxunuş sayı: 66