Avropada meşə yanğınları səbəbindən minlərlə insan təxliyə edilib
Fransa və İspaniyada genişmiqyaslı meşə yanğınları səbəbindən 220 mindən çox insan təhlükəsiz ərazilərə köçürülüb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Fransanın cənub-qərbində təxminən 200 min sakin evlərini tərk etmək məcburiyyətində qalıb. Yanğınlar 19 mindən çox hektar meşə sahəsini əhatə edib, təxminən 80 evi məhv edib və Bordo istiqamətində yayılmaqda davam edir.
İspaniyada isə təxminən 25 min nəfər təxliyə olunub. Daha 40 minə yaxın insana isə evlərini tərk etmədən qapalı məkanlarda qalmaq barədə göstəriş verilib.
Xilasetmə və yanğınsöndürmə xidmətləri alovun qarşısının alınması üçün işləri davam etdirir.
19:46 25.07.2026
Oxunuş sayı: 55