ABŞ İran ərazisində bir sıra hərbi obyektlərə kütləvi zərbələr endirib
ABŞ ordusu İran ərazisində yerləşən müxtəlif obyektlərə, o cümlədən körpülərə, liman və digər kritik infrastruktura qarşı genişmiqyaslı hərbi zərbələr endirib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata görə, hücumlar zamanı İranın müxtəlif bölgələrində yerləşən körpülər, liman infrastrukturu və strateji əhəmiyyət daşıyan digər obyektlər hədəfə alınıb.
Hücumların nəticələri, dağıntıların miqyası və mümkün itkilərlə bağlı hələlik rəsmi məlumat açıqlanmayıb. ABŞ və İran rəsmiləri də əməliyyatlarla bağlı geniş açıqlama verməyiblər.
10:13 17.07.2026
Oxunuş sayı: 63