Litva NATO-da nüvə silahını qadağan edən yeganə ölkədir -Kaunas
Litva Müdafiə Nazirliyi ölkə ərazisində kütləvi qırğın silahlarının, o cümlədən nüvə silahlarının yerləşdirilməsinə dair konstitusion qadağanın aradan qaldırılmasını dəstəkləyir.
Crossmedia.az xəbər verir ki, bu barədə müdafiə naziri Robertas Kaunas “Ziniu Radijas” radiosuna müsahibəsində bildirib.
“Litva demək olar ki, NATO-da nüvə silahını qadağan edən yeganə ölkədir. Bu isə bizə alyansın müdafiə imkanlarından tam istifadə etməyə mane olur”.
Nazir qeyd edib ki, NATO nüvə imkanlarına malikdir və bu potensial həm müdafiə, həm də çəkindirmə məqsədi daşıyır.
Kaunasın sözlərinə görə, bu səbəbdən o, konstitusiyanın müvafiq maddəsinin ləğv edilməsini dəstəkləyir.
21:30 02.07.2026
Oxunuş sayı: 59