Rusiya MN: Gecə ərzində 327 Ukrayna PUA-sı məhv edilib
Rusiya Müdafiə Nazirliyi ötən gecə Ukraynanın Rusiyanın 20-yə yaxın bölgəsinə yüzlərlə pilotsuz uçuş aparatı ilə hücum etdiyini açıqlayıb.
Crossmedia.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi bu barədə məlumat yayıb.
Nazirliyin məlumatına görə, iyulun 1-i saat 20:00-dan (Bakı vaxtı ilə 21:00) iyulun 2-si saat 07:00-dək (Bakı vaxtı ilə 08:00) hava hücumundan müdafiə vasitələri tərəfindən təyyarə tipli 327 Ukrayna pilotsuz uçuş aparatı ələ keçirilərək məhv edilib.
Bildirilib ki, PUA-lar Həştərxan, Belqorod, Bryansk, Volqoqrad, Voronej, Kaluqa, Kursk, Leninqrad, Nijni Novqorod, Novqorod, Oryol, Pskov, Rostov, Saratov, Tambov və Tula vilayətləri, Moskva bölgəsi, Krasnodar diyarı, eləcə də Rusiyanın ilhaq etdiyi Krım yarımadası, Azov və Qara dəniz akvatoriyaları üzərində vurulub.
12:53 02.07.2026
Oxunuş sayı: 41