Rusiya MN: Gecə zərbələri zamanı Ukraynada bir sıra obyektlər vurulub
Rusiya Müdafiə Nazirliyi gecə saatlarında Ukraynaya endirilən zərbələr zamanı hərbi məqsədlərlə istifadə edildiyi iddia olunan bir sıra obyektlərin vurulduğunu açıqlayıb.
Crossmedia.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi bu barədə məlumat yayıb.
Bildirilib ki, Nikolayev vilayətinin Sniqirevka rayonu yaxınlığında Ukrayna Silahlı Qüvvələrinin istifadə etdiyi iddia olunan yanacaqdoldurma məntəqəsi məhv edilib.
Nazirliyin məlumatına görə, Kirovoqrad vilayətində "Geran" tipli pilotsuz uçuş aparatı ilə Ukrayna Silahlı Qüvvələrinin maraqları üçün istifadə olunduğu bildirilən lokomotiv vurulub.
Həmçinin qeyd olunub ki, Zaporojye şəhərində Ukrayna Silahlı Qüvvələrinin istifadə etdiyi iddia olunan qaz anbarına zərbə endirilib. Hücum nəticəsində 25-ə qədər tutum çəninin və müvafiq avadanlığın məhv edildiyi bildirilib.
12:39 02.07.2026
Oxunuş sayı: 38