Cənubi Koreya və Yaponiya: Koreya yarımadasının nüvəsizləşdirilməsinə sadiqik
Cənubi Koreya və Yaponiya Koreya yarımadasının tam nüvəsizləşdirilməsi ilə bağlı mövqelərini bir daha təsdiqləyiblər.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Seulda keçirilən görüşdən sonra Cənubi Koreyanın müdafiə naziri Ahn Gyu-back və Yaponiyanın müdafiə naziri Şinciro Koizumi tərəfindən yayılan birgə bəyanatda bildirilib ki, tərəflər mövcud ciddi təhlükəsizlik şəraitini nəzərə alaraq regional sabitlik və sülhün qorunması üçün əməkdaşlığın vacibliyi barədə razılığa gəliblər.
Bəyanatda qeyd olunub ki, nazirlər Koreya yarımadasının tam nüvəsizləşdirilməsi və bölgədə davamlı sülhün bərqərar olunmasına sadiqliklərini bir daha vurğulayıblar. Bununla yanaşı, Cənubi Koreya ilə Yaponiya arasında, eləcə də Cənubi Koreya, Yaponiya və ABŞ arasında sıx koordinasiyanın davam etdirilməsi barədə razılıq əldə olunub.
Qeyd edək ki, Şimali Koreya isə dəfələrlə nüvə dövləti statusunun müzakirə mövzusu olmadığını və bu məsələdə heç bir güzəştə getməyəcəyini bəyan edib.
17:20 28.06.2026
Oxunuş sayı: 49