Serbiya Prezidenti istefa siqnalı verdi
Serbiya Prezidenti Aleksandr Vuçiç yaxın həftələrdə vəzifəsini tərk edəcəyini və ölkədə yeni seçkilərin keçiriləcəyini elan edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Belqradda keçirilən və 207 min tərəfdarın qatıldığı mitinqdə çıxış edən Vuçiç həmçinin partiyasının seçki siyahısının adını da açıqlayıb — Birləşmiş Serbiya.
Bununla belə, o, konkret olaraq hansı seçkilərin nəzərdə tutulduğunu — prezident, yoxsa parlament seçkiləri olduğunu dəqiqləşdirməyib.
14:13 28.06.2026
Oxunuş sayı: 50