Yararsız pulları nə etməli? - Ekspert AÇIQLADI
Pul zədələnərsə, nə etməli? Bu sual bir çox vətəndaşın qarşılaşdığı çətinliklərdən biridir. Belə hallarda, vətəndaşların vaxt itirmədən nə etməli?
Mövzu ilə bağlı Crossmedia.az-a danışan iqtisadçı ekspert Elşad Məmmədov qeyd edib ki, əgər pul zədələnərsə, vətəndaşlar mərkəzi banka müraciət etməlidirlər:
“Mərkəzi banka müraciət zamanı zədələnmiş pulun əvəzlənməsi üçün müvafiq qaydalar nəzərə alınır. Əgər zədələnmə faizi müəyyən edilmiş tələblərə uyğun gəlirsə, bu zaman mərkəzi bank zədələnmiş pulu müvafiq şəkildə əvəzləməlidir,”- deyə ekspert bildirib.
İqtisadçı həmçinin qeyd edib ki, əgər zədələnmə faizi müvafiq tələblərə cavab verirsə, mərkəzi bank zədələnmiş pulu əvəzləyir:
“Bu səbəbdən pul vahidinin zədələndiyi halda vətəndaşlar mərkəzi banka müraciət edərək pulu əvəzlətməlidirlər. Mərkəzi bank tərəfindən pulun əvəzlənməsi prosesi və qaydaları barədə daha ətraflı məlumatı mərkəzi bankın rəsmi veb saytından və ya müvafiq şöbələrdən əldə etmək mümkündür”.
Samirə Şərif
14:09 20.12.2024
Oxunuş sayı: 6757