Azərbaycanın qadın voleybolçulardan ibarət yığması Avropa Liqasında Estoniya ilə üz-üzə gələcək
Azərbaycanın qadın voleybolçulardan ibarət yığması bu gün Avropa Liqasında növbəti matçına çıxacaq.
Crossmedia.az xəbər verir ki, Faiq Qarayevin baş məşqçi olduğu kollektiv Estoniya seçməsi ilə üz-üzə gələcək.
Qarşılaşma Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində saat 18:00-da start götürəcək.
Qeyd edək ki, yığma ilk görüşdə İsveçə 0:3 hesabı ilə məğlub olub.
10:05 07.06.2026
Oxunuş sayı: 63