Azərbaycanın 3x3 basketbol yığması Dünya Kubokunda 1/4 finala yüksəlib
Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığması Polşanın paytaxtı Varşavada təşkil olunan Dünya Kubokunda 1/4 finala vəsiqə qazanıb.
Crossmedia.az xəbər verir ki, Ratomir Deliçin baş məşqçisi olduğu kollektiv pley-in mərhələsində Litva ilə üz-üzə gəlib.
Əlavə vaxta gedən oyunda Azərbaycan komandası 14:12 hesablı qələbə qazanıb. Yığma sabah 1/4 finalda Almaniya ilə qarşılaşacaq.
Qeyd edək ki, Dünya Kubokunda mübarizəyə A qrupunda başlayan Azərbaycan millisi Madaqaskar (21:13), Çexiya (14:11) və Polşanı (20:13) məğlub edib, Niderlanda isə uduzub - 13:19.
23:13 05.06.2026
Oxunuş sayı: 44