İran XİN: Trampın Müctəba Xameneyi ilə görüş iddiaları əsassızdır
İranın xarici işlər naziri Abbas Əraqçı ABŞ Prezidenti Donald Trampın Müctəba Xameneyi ilə mümkün görüş barədə açıqlamalarına münasibət bildirib.
Crossmedia.az xəbər verir ki, Əraqçı “Əl-Məyadin” telekanalına müsahibəsində bu iddiaları rədd edərək onların real vəziyyətlə uyğun olmadığını qeyd edib.
Nazir bildirib ki, İranın ali rəhbəri Müctəba Xameneyinin ictimai çıxışları təhlükəsizlik orqanlarının tövsiyəsi ilə məhdudlaşdırılıb, lakin idarəetmə və qərarvermə prosesində rolunu davam etdirir.
Onun sözlərinə görə, Xameneyi ilə əlaqə fasiləsiz şəkildə saxlanılır və verilən göstərişlər aidiyyəti qurumlar tərəfindən icra olunur. Əraqçı həmçinin ABŞ ilə əlaqələrin davam etdirilməsinin də ali liderin qərarına bağlı olduğunu vurğulayıb.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp bundan əvvəl Müctəba Xameneyi ilə mümkün görüşün istisna olmadığını bildirmişdi.
17:33 05.06.2026
Oxunuş sayı: 57