Peskovdan Zelenskinin məktubu ilə bağlı yeni açıqlama
Kremlin mətbuat katibi Dmitri Peskov bildirib ki, Ukrayna prezidenti Volodimir Zelenski-nin məktubu mövzusu bu və ya digər formada Rusiya prezidenti Vladimir Putinin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində keçiriləcək plenar iclasdakı çıxışında səsləndirilə bilər.
Crossmedia.az xəbər verir ki, Peskov qeyd edib ki, məsələ beynəlxalq gündəmdə diqqət mərkəzində olduğundan forum zamanı ona toxunulması istisna edilmir.
17:32 05.06.2026
Oxunuş sayı: 62