Emmanuel Addaidən "Qarabağ" la bağlı paylaşım
"Qarabağ FK" müqavilə müddəti başa çatan qanalı futbolçu Emmanuel Addai ilə əməkdaşlığa son qoyub.
Crossmedia.az xəbər verir ki, futbolçu ayrılıqdan sonra sosial şəbəkə hesabında klubla bağlı paylaşım edərək "Bu səhifə bağlanarkən, sadəcə olaraq hər şeyə görə Qarabağ FK-ya təşəkkür etmək istəyirəm" sözlərini qeyd edib. O, azarkeşlərə, klub əməkdaşlarına, məşqçilərə və komanda yoldaşlarına göstərilən dəstəyə görə minnətdarlığını ifadə edib.
Addai "bu klubun bir parçası olmaq mənim üçün böyük şərəf idi" deyərək "Qarabağ FK"da keçirdiyi müddətin onun üçün dəyərli təcrübə olduğunu vurğulayıb. O, həmçinin klubun gələcək fəaliyyətinə uğurlar arzulayıb.
Qeyd edək ki, "Qarabağ FK" daha əvvəl futbolçu ilə yolların ayrıldığını rəsmən açıqlamışdı.

08:37 04.06.2026
Oxunuş sayı: 48