Azərbaycanda yeni idarəetmə və Bakı modeli
Azərbaycanın işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur bölgələrində həyata keçirilən yenidənqurma və idarəetmə siyasəti son illərin ən mühüm inkişaf istiqamətlərindən biridir. Bu ərazilərdə müasir idarəetmə üsullarının tətbiqi, “ağıllı şəhər” və “ağıllı kənd” layihələrinin qurulması, rəqəmsal xidmətlərin genişləndirilməsi ölkədə yeni idarəetmə modelinin formalaşdığını göstərir.
Zəngilan (Ağalı kəndi): Azərbaycanda ilk "Ağıllı kənd" layihəsi Zəngilan rayonunun Ağalı kəndində reallaşdırılıb. Burada əhali üçün müasir infrastruktur, "ağıllı" suvarma sistemləri, bərpaolunan enerji və rəqəmsal xidmətlər tətbiq edilib.
Ağdam, Füzuli və Laçın: Bu şəhərlərdə və rayonlarda "Ağıllı şəhər" və "Ağıllı kənd" elementlərinin tətbiqi ilə yaşıl enerji zonaları və rəqəmsal idarəetmə sistemləri 2026-cı ilin sonuna doğru formalaşması gözlənilir.
Hesab edirəm ki, bu ərazilərdə tətbiq olunan sistem gələcəkdə Azərbaycanın digər bölgələrində, hətta bütövlükdə ölkədə də istifadə oluna bilər.
Bakı da daxil olmaqla iri şəhərlərdə tətbiqi nəzərdə tutulan yeni idarəetmə modeli (xüsusi nümayəndəlik institutu, rəqəmsal və koordinasiyalı idarəetmə) mərkəzləşdirilmiş çeviklik, şəffaflıq və səmərəlilik vəd edir. Bu modelin Bakı və iri şəhərlərdə tətbiqi vətəndaşlar və şəhər infrastrukturu üçün aşağıdakı bəzi üstünlükləri verə bilər:
Vahid nümayəndəlik: Bütün yerli problemlərin (komunal, nəqliyyat, sosial) vahid bir mərkəzdən - Prezidentin xüsusi nümayəndəsi vasitəsilə həlli koordinasiya çətinliklərini aradan qaldıracadır. İkili idarəetmə sistemində qarşıya çıxan əngəllər yox çıxacaq.
Qeyd etmək istəyirəm ki, ilkin olaraq Bakı şəhəri üçün nəqliyyat və infrastrukturun müasirləşməsi yönündə işlər aparılmalıdır. Tıxacların idarə edilməsi, ictimai nəqliyyatın optimallaşdırılması, parklanma sistemlərinin rəqəmsallaşması və içtimai nəqliyyatın növlərinin artırılması. Kanalizasiya və su təchizatı sistemlərinin (2026-cı il hədəflərinə uyğun) daha davamlı hala gətirilməsi.
Paralel strukturların aradan qaldırılması: Mövcud çoxsaylı, bir-birini təkrar edən qurumların (məsələn, bəzi icra hakimiyyəti strukturları) birləşdirilməsi idarəetmədə bürokratiyanı azaldır və qərarverməni sürətləndirəcək. Buna əyani missal olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bir neçə yerli qrumunun ləğv edilərək 9 may 2019-cu il tarixində baş tutmuş ilk DOST mərkəzinin açılışını, vətəndaşların müraciətlərinin operativ və şəffaf şəkildə qəbul edilməsi, Administrasiya rəhbərliyi və digər səlahiyyətli şəxslər tərəfindən qəbulların keçirilməsi üçün 18 may 2022-ci il tarixində Vətəndaş Qəbulu Mərkəzinin açılışını göstərmək olar.
Bu gün artıq Azərbaycanda bütün sahələrdə sağlamlaşma aparılır. Azərbaycanda struktur islahatlarının aparılması üçün siyasi iradə mövcuddur. Biz görürük ki, bu təşəbbüslər bir çox hallarda məhz cənab Prezident İlham Əliyevin özündən gəlir. Ölkə başçısının idarəetmədə həyata keçirdiyi islahatlar yerlərdə bəyənilir, təqdirəlayiq hal hesab edilir.
Elnur Əkbərov
Yerli idarəetmə üzrə ekspert

11:25 18.05.2026
Oxunuş sayı: 60