Azərbaycan Rabatda Beynəlxalq Nəşriyyat və Kitab Sərgisində iştirak edir
Azərbaycan Rabatda (Mərakeş Krallığı) keçirilən 31-ci Beynəlxalq Nəşriyyat və Kitab Sərgisində (SIEL 2026) iştirak edir.
Crossmedia.az xəbər verr ki, Azərbaycan pavilyonu Mədəniyyət Nazirliyi və Mərakeş Krallığındakı Azərbaycandakı Səfirliyinin birgə təşkilatçılığı ilə qurulub.
Pavilyonda ölkənin zəngin mədəni və ədəbi irsi təqdim edilir. Buraya klassik və müasir ədəbiyyat nümunələri, tarix, mədəniyyət, memarlıq və milli adət-ənənələrə dair kitablar, habelə çoxdilli nəşrlər daxildir.
Azərbaycan pavilyonu sərginin sonunadək (10 may) açıq olacaq və bütün kitabsevərləri, peşəkarları və maraqlı şəxsləri ziyarətə dəvət edir.
Qeyd edək ki, sərgi 30 aprel – 10 may 2026-cı il tarixlərində OLM Souissi kompleksində davam edir və Rabatın 2026-cı il üçün UNESCO-nun Dünya Kitab Paytaxtı elan olunması ilə üst-üstə düşür. SIEL 2026 60-dan artıq ölkədən 890-a yaxın iştirakçı ilə rekord göstəricilərə malikdir və konfranslar, diskussiyalar və mədəni proqramlarla zəngindir.







14:16 02.05.2026
Oxunuş sayı: 44