Gürcüstan-Avropa münsibətlərinə kimin gözü dəydi: Münasibətlərdə çat yaranır
Avropa İttifaqının(Aİ) Gürcüstandakı səfiri Pavel Gerçinski qurumun Xarici Fəaliyyət Xidməti tərəfindən təşkil edilən Gürcüstanla bağlı tədbirdə verdiyi açıqlamadan sonra Gürcüstan xarici işlər naziri Maka Boçorişvili ilə görüşə çağırılıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Gürcüstan mediası məlumat yayıb.
Məlumata görə, Boçorişvili bildirib ki, Brüsselin bu cür hərəkətləri və Gürcüstanla bağlı verdiyi açıqlamalar tərəfdaşlar arasında etimadı sarsıdır, Gürcüstan-Avropa münasibətlərinə zərər verir və onlara qarşı yönəlib.
Nazir, həmçinin Gürcüstan hökumətinin konstruktiv dialoqa davamlı sadiqliyini qeyd etdi və Aİ-dən ölkəyə qarşı ədalətli və hörmətli münasibət gözlədiyini bildirib.
18:32 27.04.2026
Oxunuş sayı: 52