Kiyevin Avropa sevgisi "qara sevda"ya çevrilir
Ukrayna Avropa İttifaqına(Aİ) qoşulmaq üçün ərazi güzəştlərinə getməli ola bilər.
Crossmedia.az xəbər verir ki, bunu Almaniya kansleri Fridrix Merts deyib.
O, gələcək sülh müqaviləsinin bəzi əraziləri Kiyevin nəzarətindən kənarda qoya biləcəyini və bu qərarın, çox güman ki, referendum yolu ilə ictimai dəstəyi tələb edəcəyini bildirib.
Kansler, həmçinin vurğulayıb ki, müharibə dövründə Ukraynanın Aİ-yə daxil olması mümkün deyil və 2027 və ya 2028 kimi son tarixlər qeyri-realdır.
Müvəqqəti həll yolu olaraq Merts Ukraynaya Aİ institutlarında müşahidəçi statusu verilməsini təklif etdi.
18:15 27.04.2026
Oxunuş sayı: 47