Azərbaycan Basketbol Liqasında yarımfinalın ikinci oyunlarına start verilir
Azərbaycan Basketbol Liqasında yarımfinal mərhələsinin ikinci görüşlərinə bu gün start veriləcək.
Crossmedia.az-ın məlumatına görə, ilk oyun günündə "Gəncə" evdə "Sabah"la üz-üzə gələcək.
Qarşılaşma Gəncə İdman Sarayında, saat 14:00-da start götürəcək.
Qeyd edək ki, komandalar arasında ilk oyun Bakı klubunun 96:67 hesablı üstünlüyü ilə bitib.
10:03 25.04.2026
Oxunuş sayı: 53